Xəzər Xəbər

KİV: ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Dünya | 22:21 • 13 Yanvar 2022
KİV: ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutulub.

Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, diplomatik missiyanın binasına iki mərmi atılıb. Hər iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilir.

ABŞ səfirliyi Bağdadın mərkəzində güclü mühafizə olunan "yaşıl zona"da yerləşir.

Xəbər lenti

Çox oxunanlar