Xəzər Xəbər

Bu şəhərdə könüllü testdən keçənlərə 10 min veriləcək

Dünya | 12:25 • 7 Dekabr 2021
Bu şəhərdə könüllü testdən keçənlərə 10 min veriləcək
Çinin Harbin şəhərində koronovirus testindən könüllü olaraq keçən şəxslərə 10 min yuan (təxminən 2669 manat) pul veriləcək.
 
Lakin bu məbləğ test nəticəsi yalnız müsbət çıxan vətəndaşlara ödəniləcək.
 
Hakimiyyət bu qərarla insanları tez-tez COVİD-19 analizindən keçməyə çağırır.
 
Qeyd edək ki, ötən gün Çində 70 nəfərdə yoluxma halı qeydə alınıb. Son bir ay ərzində ölkədə koronavirusdan ölən olmayıb./axşam.az

Xəbər lenti