Xəzər Xəbər

Kanadada yük qatarının 39 vaqonu relsdən çıxdı

Dünya | 09:35 • 7 Dekabr 2021
Kanadada yük qatarının 39 vaqonu relsdən çıxdı

Kanadanın Alberta əyalətində yük qatarının 39 vaqonu relsdən çıxıb.

Bu barədə "CBC" telakanalı məlumat yayıb.

Məlumata əsasən, insident əyalətin cənub-şərq hissəsində yerləşən Ensayn yaşayış məntəqəsi yaxınlığında baş verib.

"Canadian Pacific Railway" şirkətinə məxsus qatarın bir neçə vaqonunda daha əvvəl təhlükəli maddələrin daşındığı məlumdur. Qəzadan sonra heç bir sızma aşkar edilməyib.

Bildirilir ki, xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır./publika.az

Xəbər lenti