Xəzər Xəbər

PKK-nın rəhbər şəxslərindən birinin cangüdəni həbs edilib

Dünya | 14:22 • 2 Dekabr 2021
PKK-nın rəhbər şəxslərindən birinin cangüdəni həbs edilib

Türkiyənin axtarışa verdiyi PKK terror təşkilatının rəhbər şəxslərindən birinin cangüdəni həbs edilib.

Xezerxeber.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.

Bildirilib ki, MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində PKK/KCK rəhbər şəxslərindən hesab edilən Duran Kalkanın cangüdəni Əmrah Adıgözəl və Pervin Arslanın yeri müəyyən edilib, onlar saxlanılıb.

Hər iki şəxs Türkiyəyə gətirilərək istintaqa cəlb edilib.

Xəbər lenti