Xəzər Xəbər

“El Çapo”nun həyat yoldaşının cəzası məlum oldu

Dünya | 16:52 • 1 Dekabr 2021
“El Çapo”nun həyat yoldaşının cəzası məlum oldu

Ötən fevral ayında ABŞ-da yaxalanan və məhkəmədə cinayətini etiraf edən meksikalı narkobaron, “El Çapo” ləqəbli Xoakin Quzmanın həyat yoldaşı, ABŞ-Meksika ikili vətəndaşlığına sahib olan 31 yaşlı keçmiş gözəllik kraliçası Emma Koronel Aispuroya verilən cəza açıqlanıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda federal məhkəmə noyabrın 30-da baxılan iddianın nəticəsi olaraq Aispuronu narkotik ticarəti, əcnəbi narkotik taciri ilə əməkdaşlıq və çirkli pulların yuyulması ittihamı ilə 3 il həbs cəzasına məhkum edib.

Aispuro etdiyi əməllərə görə peşman olduğunu və hərəkətlərinə görə utandığını söyləyib. “Baş verənlərə görə əzab çəkirəm” deyən Aispuro öz hərəkətlərinin nəticələrini də qəbul etdiyini qeyd edib.

Mənbə: “Haber Global”

Xəbər lenti