Xəzər Xəbər

Soçidə KRİTİK GÖRÜŞ: hər hansı üçüncü şəxs olmadan...

Dünya | 22:17 • 23 Sentyabr 2021
Soçidə KRİTİK GÖRÜŞ: hər hansı üçüncü şəxs olmadan...

"Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə İdlib məsələsinə həsr olunan danışıqlar olmayacaq".

"TRT Haber" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib.

Türkiyə lideri deyib ki, səfər zamanı iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olmayacaq:

"Qismət olarsa, sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş həqiqətən də böyük önəm daşıyır. Görüşdə yalnız İdlib məsələsi deyil, həmçinin Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq".

"Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: "Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərlə üzləşirik. Amma istər özüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilirik", - deyə Ərdoğan əlavə edib./Publika.az 

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021