Xəzər Xəbər

Elbrus dağında çətin vəziyyətdə qalan 5 alpinist ölüb

Dünya | 09:07 • 24 Sentyabr 2021
Elbrus dağında çətin vəziyyətdə qalan 5 alpinist ölüb

Elbrus dağında (Rusiyanın Kabarda-Balkar Respublikası) əlverişsiz hava şəraiti səbəbindən 5 rusiyalı alpinist həlak olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Alpinist qrupunun tərkibində 19 nəfər olub. Əlverişsiz hava şəraitində yüksək zirvədə qalan alpinistlər kömək istəyiblər.

Rusiyanın FHN-nin xilasediciləri əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyətinin orta-ağırdır.

Xəbər lenti