Xəzər Xəbər

Zelenskinin müşavirinə sui-qəsd olub: Yaralanan var

Dünya | 14:02 • 22 Sentyabr 2021
Zelenskinin müşavirinə sui-qəsd olub: Yaralanan var

Ukrayna prezidentinin müşaviri Sergey Şefirə sui-qəsd olub. Naməlum şəxslər onun maşınını atəşə tutublar.

Siyasətçinin özü xəsarət almayıb, amma sürücüsü ağır yaralanıb.

“Sürücü üç güllə ilə xəsarət alıb. Hazırda ağır vəziyyətdə reanimasiyadadır”, - deyə mənbədən sayta bildirilib. 

Şefir Ukrayna lideri Vladimir Zelenskinin dostu və biznes ortağıdır, “Kvartal-95” studiyasının həmmüəllifidir. 

 

Xəbər lenti