Xəzər Xəbər

Bill Qeytsdən qorxunc proqnoz: Yenisinə hazır deyilik...

Dünya | 09:56 • 15 Sentyabr 2021
Bill Qeytsdən qorxunc proqnoz: Yenisinə hazır deyilik...

2015 -ci ildə dünyanın pandemiyaya hazır olmadığı xəbərdarlığını edən amerikalı milyarder Bill Qeyts yeni gündəm yaradan iddia səsləndirib.

Qeyts indi də növbəti pandemiyaya hazır olmadığımızı söyləyib.

“Pandemiya hazırlığına marağın gözlədiyimdən daha az olması məni narahat edir”, - milyarder bildirib.

Qeyts dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində peyvənd istehsal etmək və təklif vermək, sonrakı 100 gündə isə bunu milyardlarla insana çatdırmaq gücünə çatmalı olduğunu vurğulayıb. başqa 100 gündə milyardlarla insana çatacaq.

Onun sözlərinə görə, bu gücə malik fabriklər qurmaq imkanları var. Ancaq çatışmayan tək şey lazımi addımların hələ atılmamasıdır./Teleqraf.com

Xəbər lenti