Xəzər Xəbər

İsraildən KRİTİK AÇIQLAMA: İran iki-üç aya nüvə bombası yarada bilər

Dünya | 10:48 • 15 Sentyabr 2021
İsraildən KRİTİK AÇIQLAMA: İran iki-üç aya nüvə bombası yarada bilər

"İran iki-üç ay ərzində kifayət qədər material istehsal edə və nüvə bombası yaratmağa imkan verəcək güc qura biləcək".

Bu fikri İsrailin müdafiə naziri Benni Qantz çərşənbə axşamı nəşr olunan "Foreign Policy" jurnalına verdiyi müsahibədə söyləyib .

Siyasətçi hesab edir ki, diplomatik səylər İranın nüvə silahı sahəsində irəliləyişini ləğv etməyə kömək etməyəcək.

O qeyd edib ki, İsrailin nöqteyi-nəzərindən İranı dayandırmağın təsirli üsulu Tehrana ABŞ, Rusiya, Çin, Avropadan siyasi, diplomatik və iqtisadi təzyiq göstərmək olacaq.

"İran ABŞ və tərəfdaşlarının ciddi olduqlarından qorxmalıdır", - Gantz vurğulayıb./Publika.az

Xəbər lenti