Xəzər Xəbər

Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM

Dünya | 14:06 • 1 Avqust 2021
Türkiyədə meşə yanğınları ilə bağlı SON DURUM

Türkiyənin qərbindəki Bodrum şəhərində meşə yanğını nəzarət altına alınıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Tvitter hesabında bildirib

"Bodrumda yanğın nəzarət altına alındı. Soyutma işləri gedir", - deyə nazir tvitində qeyd edib.
Bundan əlavə, son günlər Türkiyədə 100-dən çox meşə yanğını söndürülüb.

Bu barədə də ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün Tvitterdəki hesabında qeyd edib.

O, bildirib ki, hələlik Antalya və Muğlada 5 yanğına nəzarəti ələ almaq mümkün olmayıb.

"İyulun 28-dən avqustun 1-dək 107 meşə yanğını nəzarət altına alınıb. Antalyada (Manavqat, Gündoğmuş) və Muğlada (Marmaris, Göycegiz və ilas) beş meşə yanğını davam edir”, - deyə nazir sosial şəbəkədəki hesabına yazıb.

 

Xəbər lenti