"Türkiyədə baş verən meşə yanğınında həlak olanların ailələrinə başsağlığı diləyirəm".
Bu sözləri Gürcütanın Baş naziri İrakli Qaribaşvili deyib.
"Dost və strateji tərəfdaşımız olan Türkiyənin cənub bölgələrində genişmiqyaslı meşə yanğınları ilə bağlı məlumatları diqqətlə izləyirik. Yanğında ölən insanların yaxınlarına və Türkiyəyə dəyən ziyana görə dostumuz Türkiyəyə başsağlığı verirəm. Gürcüstan bu sınaq zamanı Türkiyə hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir. Gürcüstan hökuməti adından qonşu Türkiyəyə hər cür kömək göstərməyə hazıram", - deyə İ. Qaribaşvili bildirib.
Qeyd edək ki, Türkiyədə yanğınlar nəticəsində 6 nəfər həyatını itirib. Hazırda Antalya, Muğla, Mersin, Adana və Osmaniye vilayətləri fəlakət bölgələri elan edilib./Publika.az