Xəzər Xəbər

Bayden: Gələcək savaşlar bunun uğrunda olacaq

Dünya | 15:22 • 28 İyul 2021
Bayden: Gələcək savaşlar bunun uğrunda olacaq

ABŞ və dünya üçün qeyri-stabillik riskini qlobal istiləşmə daşıyır.
 
Bunu ABŞ Prezidenti Cozef Bayden deyib. O, gələcəkdə konfliktlərin əkin sahələri üstündə başlaya biləcəyini vurğulayıb:
 
“İqlim dəyişikliyi ilə əlaqədar olan çağırışlar bütün dünyada, o cümlədən ölkəmizdə qeyri-stabilliyin artmasına şərait yaradır. Bu, getdikcə daha tez-tez baş verən və daha ölümcül olan ekstremal hava şəraiti, qida və su təhlükəsizliyinin mövcud olmaması, dəniz səviyyəsinin qalxmasıdır ki, o da öz növbəsində miqrasiyanı artırır, əhalinin həssas təbəqləri üçün fundamental risklər yaradır”.
 
Bayden Amerika hərbçilərinin iqlim dəyişikliyini ABŞ üçün ən böyük təhdid saydıqlarını deyib.
 
ABŞ liderinin sözlərinə görə, əgər dəniz səviyyəsi 0,7 metr qalxsa, milyonlarla insan öz yaşayış yerini tərk edəcək və kənd təsərrüfatı üçün sərfəli olan torpaqlar uğrunda savaşmağa başlayacaq./Axar.az 

Xəbər lenti

Çox oxunanlar