Xəzər Xəbər

Türkiyədə günlük yoluxma sayı 14 mini ötdü

Dünya | 09:14 • 26 İyul 2021
Türkiyədə günlük yoluxma sayı 14 mini ötdü

Türkiyədə son 24 saat ərzində koronavirusla bağlı statistika açıqlanıb.

Sutka ərzində 55 nəfər COVID-19 diaqnozu ilə vəfat edib.

Məlumata əsasən, iyulun 25-də yoxlanış məqsədilə 223 837 test götürülüb. Onlardan 14 230-nün cavabı müsbət çıxıb.

Beləliklə də, yeni yoluxanların sayında kəskin artım müşahidə olunub.

Həmçinin, ötən gün ərzində 5211 nəfər sağalaraq karantin müddətini başa vurub.

Xəbər lenti