Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

ÜST-dən koronavirusun yeni növləri barədə XƏBƏRDARLIQ

Dünya | 12:34 • 24 İyun 2021
ÜST-dən koronavirusun yeni növləri barədə XƏBƏRDARLIQ

Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edəcək.

XəzərXəbər oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun nümayəndəliyindən xəbərdarlıq edilib.

Bildirilir ki, bu baxımdan prioritet vətəndaş qruplarının peyvənd edilməsini təmin etməklə yanaşı, COVID-19-u ehtiva edən tədbirlərə əməl etmək lazımdır.

ÜST nümayəndəsi koronavirusun yeni variasiyalarının yayılması fonunda səhlənkarlığın Avropada yeni halların yayılmasına səbəb ola biləcəyini söyləyib.

"İnsanların bu pandemiyadan bezdiklərini başa düşürük, amma hələ bitmədiyi üçün sayıqlığımızı itirməməliyik", - deyə ÜST nümayəndəsi əlavə edib.

Xəbər lenti