Xəzər Xəbər

ABŞ-da yaşayan iranlıların Prezident seçkilərində iştirakı təmin ediləcək

Dünya | 11:28 • 13 İyun 2021
ABŞ-da yaşayan iranlıların Prezident seçkilərində iştirakı təmin ediləcək

ABŞ-da yaşayan iranlıların 18 iyunda İranda keçiriləcək Prezident seçkilərində iştirakı təmin ediləcək.

Bu barədə İranın BMT yanındakı daimi nümayəndəliyin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, ABŞ-da yaşayan iranlıların səsverməsi üçün 18 şəhərdə səsvermə məntəqəsi yaradılacaq.

Bəzi mənbələrin məlumatına görə hazırda ABŞ-da 6 milyona yaxın iranlı yaşayır. Onların bir çoxunun ikili vətəndaşlığı var. (AZƏRTAC)

Xəbər lenti