Türkiyə hüquq-mühafizə orqanlarının qırmızı bülletenlə axtardığı terror təşkilatının üzvü H.K. Muğlanın Milas rayonunda ələ keçirilib.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, TKP / ML terror təşkilatının kənd strukturlarında fəaliyyət göstərən H.K təşkilat adından bir çox silahlı aksiyalara qatılıb. 1979-cu ildə polis məmurunun şəhid olduğu hadisəni törədənlərdən biri olub.