Xəzər Xəbər

Çində 20 gün aradan sonra ilk daxili yoluxmalar aşkarlanıb

Dünya | 11:59 • 14 May 2021
Çində 20 gün aradan sonra ilk daxili yoluxmalar aşkarlanıb

Çində 20 gün aradan sonra ölkə daxilində COVID-19 virusuna 3 yoluxmanın aşkar edilməsindən sonra Anhuy vilayətinin Luan şəhərinin 2 məhəlləsi orta riskli zona elan edilib. Həmin məhəllələrin bütün sakinləri koronavirus testindən keçirilir.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi xəbər yayıb ki, yoluxmalar Anhuy vilayətinin Luan şəhərində və Feisi rayonunda aşkarlanıb. Bildirilir ki, yoluxanlardan biri bu yaxınlarda Luan şəhərində olarkən xaricdən Çinə qayıtmış şəxslə təmasda olub. Bu səbəbdən yoluxma zəncirinin xaricdən gələn həmin şəxsdən başladığı güman olunur. Yoluxanlarla yaxın təmasda olanların müəyyən edilərək, karantinə cəlb olunur.

Qeyd edək ki, Çində COVID-19 infeksiyasına indiyədək 90 min 815 yoluxma aşlarlanıb, 4 min 636 ölüm qeydə alınıb. Hazırda xəstəxanalarda bir nəfəri ağır olmaqla 258 pasiyent müalicə alır.

Xəbər lenti