Xəzər Xəbər

Dünyada COVID-19-dan ölənlərin sayı həftə ərzində 93 mini keçdi

Dünya | 10:42 • 5 May 2021
Dünyada COVID-19-dan ölənlərin sayı həftə ərzində 93 mini keçdi

Son bir həftə ərzində dünyada koronavirusdan 93 mindən çox insan ölüb. Bu, əvvəlki yeddi günə nisbətən 6 faiz çoxdur.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cenevrədə nəşr olunmuş həftəlik epidemioloji bülletendə bildirib.

Belə ki, 26 aprel – 2 may tarixləri arasında bütün dünya üzrə 93 523 ölüm halı qeydə alınıb.

Bundan əlavə, dünya üzrə koronavirusa ümumi yoluxma hallarının sayı 153,18 milyonu keçib ki, bu da sutkada 644 mindən çox artım deməkdir./report

Xəbər lenti