Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

Dünyada İLK - Zooparkdakı aslanlar koronavirusa yoluxdu

Dünya | 118 | 16:02 • 4 May 2021
Dünyada İLK - Zooparkdakı aslanlar koronavirusa yoluxdu

Yeni tip koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan Hindistanda ümumi xəstəlik sayı 20 milyonu keçib.
 
Hindistan Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamaya görə, son 24 saat ərzində 357 min 229 yeni COVID-19 yoluxma halının təsbit edilməsi ilə ümumi xəstəlik sayı 20 milyon 282 min 833-ə yüksəlib.

Ölkədə indiyədək görülməmiş yoluxma halına da rast gəlinib. Belə ki, Hindistanın Nehru zooparkında 8 Asiya aslanının koronavirus testi müsbət olub. Baytarlar şirlərdə iştahsızlıq və öskürək kimi simptomları gördükləri üçün koronavirus testi ediblər və nəticə müsbət olub.

Virusun insanlardan və ya heyvanlardan keçdiyini təyin etmək üçün genom sıralaması üçün nümunələr götürülüb./Sfera.az

Çox oxunanlar

Neft bahalaşıb
34 | 09:27 • 15 May 2021
Bir həftə iş olmayacaq
872 | 17:16 • 19 Aprel 2021