Xəzər Xəbər

Ermənistan Baş Prokurorluğu Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verib

Dünya | 16:54 • 22 Aprel 2021
Ermənistan Baş Prokurorluğu Koçaryan barəsində cinayət təqibinin dayandırılmasından protest verib

Ermənistanın Baş Prokurorluğu İrəvan ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryan və “1 mart işi” ilə bağlı təqsirləndirilən digər şəxslərin barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Bu barədə yerli media Baş Prokurorluğun mətbuat katibi Arevik Xaçatryana istinadən məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluq məhkəmənin Robert Koçaryan, Seyran Ohanyan, Yuri Xaçaturov və Armen Qevorkyanın barəsində cinayət təqibinin dayandırılması haqda qərarından şikayət verib.

Xəbər lenti