Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Bu vaksin ölüm hallarının qarşısının alınmasında 80 faiz effektlidir

Dünya | 70 | 14:19 • 20 Aprel 2021
Bu vaksin ölüm hallarının qarşısının alınmasında 80 faiz effektlidir

Çinin “Sinovac Biotech” əczaçılıq şirkətinin COVID-19 əleyhinə vaksini koronavirusla bağlı ölüm hallarının qarşısının alınmasında 80 faiz effektlidir.

Sinxua agentliyi xəbər yayıb ki, Çili hökumətinin dərc etdiyi tədqiqatın nəticələri bunu sübut edir.

Tədqiqata əsasən, “Sinovac Biotech” şirkətinin vaksini xəstəliyin simptomlu hallarının qarşısının alınmasında 67 faiz, xəstəxanaya yatırılmanın aradan qaldırılmasında 85 faiz və intensiv müalicə şöbəsində qəbul olunmanın qarşısının alınmasında 89 faiz effektlidir.

Çilinin xarici işlər nazirinin müavini, beynəlxalq iqtisadi münasibətlər üzrə məsələlərin kuratoru və ölkədə vaksinlərin kliniki sınaqlarının keçirilməsi barədə “Sinovac Biotech” şirkəti ilə saziş bağlayan Rodriqo Yanyes yerli KİV-lərə bildirib ki, tədqiqatların nəticələri Çilinin düzgün qərar qəbul etdiyini göstərir.

R.Yanyes “Reuters” agentliyinə müsahibəsində deyib: “ bu, həmin vaksin üçün oyun qaydalarını dəyişir və zənnimcə, qrafiklər onun effektivliyini əyani şəkildə təsdiqləyir”.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021