Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Kiyevdə sərt karantin rejiminin müddəti uzadıldı

Dünya | 68 | 14:11 • 14 Aprel 2021
Kiyevdə sərt karantin rejiminin müddəti uzadıldı

Ukraynanın paytaxtı Kiyevdə koronavirus pandemiyası ilə bağlı sərt karantin rejiminin müddəti daha iki həftə uzadılıb.

Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, paytaxt ərazisində mövcud olan sərt karantin rejimi aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, son günlər Ukraynada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

Son iki gün ərzində ölkədə 25 mindən çox yoluxma qeydə alınıb.

Bu günədək Ukraynada koronavirusa yoluxanların sayı 1,9 milyona çatıb, 38 mindən çox xəstə vəfat edib./trend

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
388 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
957 | 17:16 • 19 Aprel 2021