Xəzər Xəbər

Türkiyədə yoluxmaların 85 faizi “Britaniya ştammı”dır

Dünya | 08:31 • 13 Aprel 2021
Türkiyədə yoluxmaların 85 faizi “Britaniya ştammı”dır
Türkiyədə COVID-19 infeksiyasına yeni yoluxmaların 85 faizində "Britaniya ştammı" aşkarlanıb.
 
XəzərXəbər xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
 
Onun sözlərinə görə, hazırda Türkiyə ərazisinin 80 faizi pandemiya ilə əlaqədar riskli bölgə hesab olunur.
 
"Türkiyə koronavirusun ən güclü yayılma mərhələsini yaşayır", - deyən nazir ölkə üzrə indiyədək 18 milyondan çox insanın peyvənd olunduğunu söyləyib.
 
F.Qoca, həmçinin diqqətə çatdırıb ki, Türkiyə dünyada ən çox peyvənd vurulan ölkələr sırasında 6-cı yerdədir.

Xəbər lenti