Xəzər Xəbər

Gürcüstanda daha 506 nəfər koronavirusa yoluxdu

Dünya | 15:54 • 10 Aprel 2021
Gürcüstanda daha 506 nəfər koronavirusa yoluxdu

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 506 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

XəzərXəbər APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 287 689, xəstəlikdən ölənlərin sayı isə 3 869 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 276 711 nəfərin sağaldığı bildirilir.

Xəbər lenti

Çox oxunanlar