Xəzər Xəbər

Gürcüstanda əhali “komendant saatı”nın ləğvini tələb edir

Dünya | 20:23 • 3 Aprel 2021
Gürcüstanda əhali “komendant saatı”nın ləğvini tələb edir

Tbilisidə əhali koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə keçən ilin noyabr ayından tətbiq olunan "komendant saatı"nın ləğvini tələb edir.

Aprelin 3-də “komendant saatı”nın ləğvi tələbi ilə əlaqədar Tbilisidə aksiya keçirilir.

Vətəndaş hərəkatları və bəzi müxalifət partiyalarının üzvləri musiqi sədaları altında Filarmoniyadan Parlamentə doğru yürüşə başlayıblar.

Tbilisinin mərkəzi Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Yürüş iştirakçıları “komendant saatı”nın, eləcə də koronavirusla əlaqədar vətəndaşlara tətbiq olunan cərimələrin ləğvini tələb edirlər.

“Utanc” hərəkatının üzvü Qiqa Makaraşvilinin sözlərinə görə, aksiya iştirakçıları bütün gecəni parlamentin qarşısında qalacaqlar.

Xəbər lenti