Xəzər Xəbər

Rəsmi Pekin ÜST-ün Çinlə bağlı hesabatına münasibət bildirib

Dünya | 09:45 • 31 Mart 2021
Rəsmi Pekin ÜST-ün Çinlə bağlı hesabatına münasibət bildirib

Rəsmi Pekin koronavirus infeksiyasının mənbəyini araşdırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının Çinin Uhan şəhərinə edilən səfərinin yekununa dair hesabatın hazırlanmasında iştirak edən mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndirib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

“Çin tərəfi qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusun mənşəyinin öyrənilməsinə dair hesabat yayımlayıb. Çin tərəfi bu ortaq araşdırmada iştirak edən çinli və xarici mütəxəssislərin elmə bağlılığını, peşəkarlığını və səylərini yüksək qiymətləndirir”, - deyə qurumun rəsmi saytında yayılan sənəddə bildirilir.

Xəbər lenti