Xəzər Xəbər

Qahirədə yaşayış binası çöküb - ölənlərin sayı 25-ə çatıb

Dünya | 14:15 • 28 Mart 2021
Qahirədə yaşayış binası çöküb - ölənlərin sayı 25-ə çatıb

Şənbə günü Misirin paytaxtı Qahirədə onmərtəbəli yaşayış binasının çökməsi nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Akhbar El-Yom portalı təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb. Daha 24 nəfərin zərər çəkdiyi bildirilir.

Sky News Arabia telekanalının məlumatına görə, binanın birinci üç mərtəbəsində tikiş fabriki və parça anbarı yerləşirdi. Binada 100-dən çox insan yaşayırdı. Sakinlərin bir çoxu fabrikin işçiləri idi. Şahidlər bildirirlər ki, qəzadan iki gün öncə binada çatlar əmələ gəlmişdi – bir neçə sakin binanı tərk etsə də, sakinlərin əksəriyyəti qalmışdı.

Şəhərin qubernatoru hadisə yerinə gələrək ətrafdakı binaların vəziyyətini yoxlamaq üçün komissiya yaratmaq barədə tapşırıq verib. Misirin baş prokuroru isə öz növbəsində, insidentin səbəbinin təcili təhqiq edilməsini tapşırıb.

Xəbər lenti