Xəzər Xəbər

Marsın yeni görüntüləri yayılıb

Dünya | 17:07 • 26 Mart 2021
Marsın yeni görüntüləri yayılıb

Çin Milli Kosmik İdarəsi "Tianwen-1" kosmik zondu tərəfindən çəkilən Marsın iki yeni görüntüsünü dərc edib.

"RİA Novosti"nin verdiyi məlumata görə, kadrlarda Qırmızı planetin böyük bir hissəsi kölgədədir, işıqlı yarımkürələr isə aypara formasındadır.

Kosmik İdarə hər iki görüntünün cihazın planetin səthindən 11 min kilometr yüksəklikdə olduğu zaman çəkildiyini bildirir.

Xəbər lenti