Xəzər Xəbər

Dünyada əkizlərin sayı sürətlə artmağa başladı

Dünya | 15:25 • 14 Mart 2021
Dünyada əkizlərin sayı sürətlə artmağa başladı

Araşdırmalara görə əvvəlki illərlə müqayisədə dünyada əkiz doğulan uşaqların sayı sürətlə artmağa başlayıb.

XəzərXəbər BBC Türkcə-yə istinadən bildirir ki, dünyada hər il təxminən 1,6 milyon əkiz uşaq dünyaya gəlir. Bu, o deməkdir ki, hər 42 uşaqdan biri əkiz olaraq dünyaya gəlir.

“IVF” kimi köməkli reproduktiv tibbi üsullar sayəsində 1980-ci illərdən bəri əkiz doğuşların sayını üçdə bir qədər artıb.

Tədqiqatçılar, 2010-2015-ci illərdə 165 ölkədə olan əkiz doğuşların statistikası haqqında məlumat toplayaraq, bunu 1980-1985 illəri ilə müqayisə ediblər. Məlum olub ki, hər 1000 doğuşa düşən əkizlərin sayına görə, hazırda Avropa və Şimali Amerika siyahıda öndədir. Bu ölkələrdə hər 1000 doğuşa düşən əkiz doğuşların nisbəti 9 faizdən 12-ə yüksəlib.

Mütəxəssislər qeyd edir ki, Afrikada əkiz doğum nisbətləri həmişə yüksək olub. Ümumiyyətlə, hazırda dünyada əkiz doğuşların 80 faizi Afrika və Asiya ölkələrinin payına düşür.
Lakin o da məlumdur ki, əkiz doğuşlarının bir qismi fəsadlı olur. Onların bəzisi ya vaxtından əvvəl doğulur, ya az çəkili olur ya da ölü doğulur. Araşdırmalara görə, aşağı və orta gəlirli ölkələrdə əkizlərin yaşamaq ehtimalı varlı ölkələrə nisbətən daha azdır. Xüsusilə, Afrikanın Sahara bölgəsində hər əkizdən biri həyatının ilk ilində ölür. Bu isə hər il 200 mindən çox körpə deməkdir./Musavat.com

Xəbər lenti