Xəzər Xəbər

Səudiyyə Ərəbistanı mayın 17-dən beynəlxalq aviareysləri bərpa edəcək

Dünya | 19:03 • 12 Mart 2021
Səudiyyə Ərəbistanı mayın 17-dən beynəlxalq aviareysləri bərpa edəcək

Səudiyyə Ərəbistanı mayın 17-dən etibarən ölkədəki bütün hava limanlarının işini və beynəlxalq aviareysləri bərpa edəcək.

XəzərXəbər Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi qərar verib.

Qeyd olunur ki, hava limanları zəruri sanitar prortokollarına əməl etməklə fəaliyyətini bərpa edəcək.

Daha əvvəl, beynəlxalq uçuşların martın 31-də başlaması planlaşdırılırdı

Bundan başqa, Səudiyyə Ərəbistanında dəniz limanları və quru sərhəd keçid məntəqələri mayın 17-də açılması nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar