Xəzər Xəbər

ÜST rəsmisi pandemiyanın şad xəbərini verdi

Koronavirus pandemiyası 2022-ci ilin əvvəlinə qədər aradan qaldırılacaq.
Dünya | 12:25 • 6 Mart 2021
ÜST rəsmisi pandemiyanın şad xəbərini verdi

Koronavirus pandemiyası 2022-ci ilin əvvəlinə qədər aradan qaldırılacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin rəhbəri Hans Kluqe Almaniyanın “Welt” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, 1 ildən sonra koronavirus haqqında daha çox şey biləcəyik: “Buna görə də pandemiyanın 2022-ci ilin əvvəlinə qədər keçəcəyi ehtimalından danışmaq olar. Bu, virusun bitəcəyi demək deyil. Ancaq ümid edirəm ki, artıq məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacaq”.

Kluqe qeyd edib ki, Avropada artıq vaksinlər var, ancaq peyvəndləmə kampaniyaları ləng gedir. Bunu nəzərə alaraq rahatlamağın hələ tez olduğunu düşünməliyik./publika.az

Xəbər lenti

Çox oxunanlar