Xəzər Xəbər

İtiniz varsa, koronavirus testinə ehtiyac yoxdur DİQQƏT

Finlandiyadakı hava limanlarında koronavirus testləri əvəzinə itlərdən istifadə olunur.
Dünya | 17:26 • 26 Fevral 2021
İtiniz varsa, koronavirus testinə ehtiyac yoxdur
Finlandiyadakı hava limanlarında koronavirus testləri əvəzinə itlərdən istifadə olunur.
 
Sentyabr ayından etibarən ölkəyə gələn turistlərdə koronavirusun olması xüsusi təlim görmüş itlər vasitəsi ilə müəyyən edilir. Belə ki, sərnişinlərin istifadə etdiyi ağız suyu dəymiş salfetləri itlər qoxlayır və şəxsdə xəstəliyin olub-olmaması ilə bağlı xəbərdarlıq verir.
 
Bildirilir ki, bunlar narkotik vasitələrin axtarılması üçün də istifadə edilən, qoxuya xüsusi həssas itlərdir. 
 
Mütəxəssislər qeyd edir ki, alınan nəticələr 95 faiz doğru olur. Hətta it hiss etdiyi halda test nəticəsi mənfi olsa belə, sərnişin hava limanından ayrıldıqdan 4-5 gün sonra koronavirusun əlamətlərini hiss edir. 
 
Həkimlər xüsusi itlərin ictimai yerlərdə daha çox istifadə edilməsini təklif edir. /Sfera.az

Xəbər lenti