Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Robert Koçaryan xalqı Paşinyanın istefası barədə tələbi dəstəkləməyə çağırıb

Dünya | 76 | 15:46 • 25 Fevral 2021
Robert Koçaryan xalqı Paşinyanın istefası barədə tələbi dəstəkləməyə çağırıb

Ermənistanın ikinci prezidenti Robert Koçaryan erməni xalqına müraciət edib.

R. Koçaryan xalqı Silahlı Qüvvələrin Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefaya getməsinə dair tələbini dəstəkləməyə çağırıb.  

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.

Çox oxunanlar