Xəzər Xəbər

Rəsmi Ankaradan Ermənistandakı hadisələrə - Reaksiya

Mövlud Çavuşoğlu: Ermənistandakı çevriliş cəhdini qətiyyətlə pisləyirik
Dünya | 15:20 • 25 Fevral 2021
Rəsmi Ankaradan Ermənistandakı hadisələrə - Reaksiya

Ermənistanda dövlət çevrilişinə cəhdi qətiyyətlə pisləyirik.

XəzərXəbər-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, bildirib ki, harada olursa-olsun, Türkiyə çevrilişlərə qarşıdır.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

N.Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd kimi qiymətləndirib. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad edib.

Xəbər lenti