Fransada quş qripi səbəbiylə təxminən 2 milyona yaxın ördək öldürülüb.
Avropada koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan Fransada həm də quş qripi epidemiyası yayılıb.
Qida və kənd təsərrüfatı naziri Culyen Denormandiye Fransanın 8 əyalətində quş qripinin aşkarlandığını söyləyib:
"Məhz bu səbəbdən, təxminən 2 milyona yaxın ördək öldürüldü. Virus ördəklər arasında yayılıb. Virusun insana keçmək riskinin olmadığını nəzərə alaraq, yumurta toyuq və ördək istehlakında problem olmayacağını demək mümkündür”, - deyə nazir bildirib.
Qeyd edək ki, Fransada 2015-2016 və 2016-2017 cı illərdə ardıcıl olaraq quş qripi səbəbiylə milyonlarla heyvan öldürülüb. Xəstəliyin yayılması ölkənin ixracat gəlirlərinə milyonlarla dollar ziyan vurub./Sfera.az