Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

Maduro: ABŞ-la yeni səhifə açmağa hazırıq

Dünya | 124 | 14:41, 24 Yanvar
Maduro: ABŞ-la yeni səhifə açmağa hazırıq

Venesuela lideri Nikolas Maduro ABŞ Prezidenti Co Bayden administrasiyası ilə yeni səhifə açmağa hazır olduqlarını dilə gətirib.


ABŞ-ın keçmiş prezidenti Donald Tramp hökuməti ilə öz hökuməti arasında illərdir davam edən gərginlikdən sonra Maduro iki xalqın qarşılıqlı hörmət, dialoq, ünsiyyət və anlaşmaya əsaslanan yeni yol çəkməsini arzuladığını bildirib.


Eyni zamanda N.Maduro hökumətin blokadanı aradan qaldırmağa, iqtisadi dirçəlişə nail olmağa və böyük milli dialoq qurmağa diqqət yetirməli olduğunu vurğulayıb.


Qeyd edək ki, 2020-ci ilin noyabrında Venesuela Prezidenti Baydenin seçkilərdə qalib gəlməsindən sonra ABŞ hökuməti ilə dialoqa hazır olduğunu bildirmişdi. Bunun ardınca mətbuatda Baydenin də Venesuela ilə danışıqları davam etdirməyə hazır olduğu barədə xəbərlər yayılmışdı./Publika.az

Çox oxunanlar