Niderlandda sabahdan etibarən komendant saatı tətbiq ediləcək.
Bu barədə ölkənin Səhiyyə naziri Huqo de Yunqe bildirib.
Onun sözlərinə görə, koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə tətbiq olunacaq komendant saatı fevralın 9-dək davam edəcək.
Komendant saatı qaydalarını pozaraq küçəyə çıxan sakinlər 95 avro məbləğində cərimələnəcək./Publika.az