Bakı 8 ℃
Xəzər Xəbər
USD 1.7

İndoneziyada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb

Dünya | 162 | 10:59 • 17 Yanvar 2021
İndoneziyada zəlzələ nəticəsində həyatını itirənlərin sayı 56 nəfərə çatıb

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ qurbanlarının sayı 56 nəfərə çatıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərə Qarşı Mübarizə Milli Agentliyi məlumat yayıb. Daha 826 nəfərin xəsarət aldığı bildirilir. Qeyd olunur ki, hazırda ərazidə afterşoklar davam edir.


Yeraltı təkanların baş verdiyi Qərbi Sulavesi əyalətinin hakimiyyət orqanları regionda fövqəladə vəziyyət rejimi elan ediblər.


Xatırladaq ki, yanvarın 15-də gecə saatlarında Qərbi Sulavesi əyalətinin Mamucu şəhəri yaxınlığında 6,2 və 5,7 bal gücündə silsilə zəlzələlər baş verib.



Çox oxunanlar