Xəzər Xəbər

ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verib

Dünya | 08:53 • 14 Yanvar 2021
 ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verib

Yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın impiçmenti ilə əlaqədar müzakirələr keçirilib.


Xezerxeber.az  xəbər verir ki, müzakirələr zamanı Nümayəndələr Palatası üzvləri Trampı 6 yanvar tarixində baş verən qiyama təhrikçilik etməsində günahlandırıblar.


Qeyd olunub ki, keçən həftənin çərşənbə günü etirazçıların Konqresə hücumuna görə məsuliyyət daşıyır. Hücum nəticəsində 5 nəfər insan həyatını itirib. Müzakirələr qurtarandan sonra, Konqres üzvləri impiçment haqqında qətnaməyə səs veriblər.


Prezidentin impiç olunmasının lehinə 232 Konqres üzvü səs verib, əlehinə 197, 5 nəfər isə səs verməyib. Bu, Trampı ABŞ tarixində Nümayəndələr Palatasında impiçmenti iki dəfə müzakirəyə çıxarılmış ilk prezident edib.

Xəbər lenti

Çox oxunanlar