Xəzər Xəbər

Putin göstəriş verdi: Rusiyada gələn həftədən vaksinasiya başlayır

Dünya | 17:33 • 13 Yanvar 2021
Putin göstəriş verdi:

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkə əhalisinin koronavirüsə qarşı kütləvi vaksinasiyasına başlanılması barədə tapşırıb verib.


Bu barədə "RİA Novosti" məlumat yayıb.


Rusiyada koronavirüsə qarşı vaksinasiya dekabrın əvvəllərində başlayıb. Vaksinləri 18 yaşdan yuxarı, xroniki xəstəliyi olmayan və son 30 gündə kəskin tənəffüs sistemi xəstəliyi keçirməyən şəxslər vurdura bilir.


Hamilə və süd verən qadınlar üçün vaksinasiya qadağandır.


Qeyd edək ki, Rusiyada koronavirusa qarşı "Sputnik V” peyvəndindən istifadə olunur.

Xəbər lenti

Çox oxunanlar