Xəzər Xəbər

Dünyada son sutka ərzində 11 mindən çox insan koronavirusdan ölüb

Dünya | 08:45 • 12 Yanvar 2021
Dünyada son sutka ərzində 11 mindən çox insan koronavirusdan ölüb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 660 mindən çox artıb.


Xezerxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.


Məlumata əsasən, ötən sutka ərzində 660 min 993 nəfər yeni koronavirusa yoluxub, 11 min 61 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 89 milyon 48 min 345, ölənlərin isə 1 milyon 930 min 265 nəfərə çatıb.


Qeyd edək ki, ÜST-ün hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Xəbər lenti

Çox oxunanlar