Xəzər Xəbər

ÜST-dən kritik açıqlama: Xəritənin rəngini dəyişdirməliyik

Dünya | 17:28 • 11 Yanvar 2021
ÜST-dən kritik açıqlama:

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus Cenevre mərkəzində keçirilən onlayn konfransda bildirib ki, aşağı və orta gəlirli ölkələrin peyvəndlənməsi ilə bağlı problemləri var.


XəzərXəbər xəbər verir ki, ÜST rəsmisi 36-sı yüksək, 42 isə orta gəlirli ölkədə artıq peyvəndlənmə işlərinə dair hazırlıqların başladığını bildirib:


"Bu həll edilməsi vacib bir problemdir. Zəngin və orta gəlirli ölkələr ÜST tərəfindən koordinasiya olunan Covid-19 Peyvəndləri Qlobal Giriş Proqramı (COVAX) çərçivəsində peyvənd şirkətləri ilə əlavə ikitərəfli razılaşmalar aparır. Peyvəndin qiymətinin artmasına səbəb olur ki, bu da yüksək riskli insanların peyvənd ala bilməməsi deməkdir".


Toplantıda danışan ÜST baş məsləhətçisi Bryus Eylourd da vaksinasiya işlərinin dünyanın əksər hissəsində başlamadığına diqqət çəkib:


"Bu gün dünyada yüksək gəlirli ölkələrin 50 faizi peyvəndlənmə işlərinə başlayıb. Aşağı gəlirli ölkələrdə isə bu rəqəm sıfırdır. Qeyri-bərabərlik var. Orta gəlirli ölkələrin 6 faizi peyvənd olunur. Xəritənin rəngini dəyişdirməliyik".


ÜST Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqının (GAVI) və Epidemiyaya Hazırlıq İnnovasiya Koalisiyasının (CEPI) ortaq təşəbbüsü ilə 2021-ci ildə 92 orta və aşağı gəlirli ölkəyə 1,3 milyard doza Covid-19 peyvəndinin paylanmasının planlaşdırıldığını açıqlayıb. /publika.az

Xəbər lenti