Xəzər Xəbər

Venesuelada parlament seçkiləri keçirilir

Dünya | 14:44 • 6 Dekabr 2020
Venesuelada parlament seçkiləri keçirilir

Bu gün Venesuelada parlament seçkiləri keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 06.00 radələrində açılıb və səsvermə saat 18.00-a qədər davam edəcək.

Milli Assambleyadakı 227 yer uğrunda 107 siyasi partiyanın 14 min namizədi mübarizə aparır.

Hakimiyyətin əsas əleyhdarı vəhazırkı parlamentdə yerlərin əksəriyyətinə sahib olan qüvvələrə rəhbərlik edən Xuan Quaydo seçkilərdə pozuntulara yol veriləcəyini iddia edib. Bununla əlaqədar 27 partiya seçkilərə qatılmayıb. (apa)

Sevinc 

Xəbər lenti