Xəzər Xəbər

Paşinyanın reytinqi kəskin düşüb - SORĞU

Dünya | 14:19 • 4 Dekabr 2020
Paşinyanın reytinqi kəskin düşüb -

Ermənistanın baş naziri Nikol Paşinyanın əhali arasında reytinqi kəskin azalıb.


Erməni KİV-lərinin məlumatına görə, bu barədə ölkədə keçirilmiş rəy sorğusu nəticəsində məlum olub.


"Gallup International” agentliyinin keçirdiyi sorğuya əsasən, əhalinin yalnız 38 faizi baş naziri dəstəkləyir. 2020-ci ilin iyulunda bu göstərici 85 faizə bərabər olmuşdu.


Bundan başqa, rəyi soruşulanların 45 faizi N.Paşinyanın istefa verməli olduğunu deyib.


Rəy sorğusu noyabrın 25-dən dekabrın 2-dək davam edib və ölkənin bütün şəhərlərini əhatə edib.

Xəbər lenti

Çox oxunanlar