Xəzər Xəbər

Erməni generala cinayət işi açıldı

Dünya | 15:39 • 21 Noyabr 2020
Erməni generala cinayət işi açıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin sabiq Baş qərargah rəisi və baş hərbi müfəttişi, general-mayor Movses Akopyan barəsində cinayət işi açıb.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, onun barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb.


Qeyd edək ki, M.Akopyan bir neçə gün Ermənistan cəmiyyətində əks-səda doğuran açıqlamalar vermişdi.


O bildirmişdi ki, Dağlıq Qarabağda döyüşlər davam edərkən baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qərargahda generalların işinə müdaxilə edirdi. Onunla mübahisə etdiyi üçün general Yerevana çağırılmışdı.

Xəbər lenti

Çox oxunanlar