Xəzər Xəbər

İzmirdə dağılan binaların inşaat firmaları cinayət məsuliyyətinə cəlb olunublar

Dünya | 21:49 • 2 Noyabr 2020
İzmirdə dağılan binaların inşaat firmaları cinayət məsuliyyətinə cəlb olunublar

İzmirdə baş verən zəlzələ nəticəsində dağılan və ya ağır zədə alan binaların inşaat firmalarının cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb olunublar.


Xezerxeber.az xəbər verir ki, bununla bağlı İzmir Cümhuriyyət Baş Prokurorluğunda cinayət işi açılıb. Aparılan araşdırmalar nəticəsində firmaların məsul şəxslərindən 11 nəfərin saxlanılmasına qərar verilib. Onlardan doqquzu saxlanılıb. İki nəfərin axtarışları davam edir.

Xəbər lenti