Xəzər Xəbər

Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Dünya | 21:38 • 31 Oktyabr 2020
Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Gürcüstanda parlament seçkiləri ilə bağlı bir neçə təşkilat "exit-poll” keçirib.


Xezerxeber.az xəbər verir ki, ABŞ-ın "Public Opinion Strategies” şirkəti "exit-poll”un nəticələrini açıqlayıb.


Saat 18:00-a olan nəticələrə əsasən, seçkilərdə iki əsas rəqib olan "Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası 55 faiz, Vahid Milli Hərəkat Partiyası isə 23 faiz səs əldə edib.


Üçüncü yerdə isə 3 faiz səslə Avropalı Gürcüstan Partiyasıdır.


Qeyd edək ki, seçicilər arasında sorğu "İmedi” telekanalının sifarişi ilə həyata keçirilib.


Qeyd edək ki, hakim "Gürcü arzusu" partiyasının fəalları artıq qələbəni qeyd edirlər. Bu münasibətlə partiyanın mərkəzi qərargahının önündə tədbir keçirilir.


Partiyanın sədri Bidzina İvanişvili siyası həmfikilərini qələbə münasibətilə təbrik edib.

Xəbər lenti

Çox oxunanlar