Xəzər Xəbər

Tunisdə komendant saatı tətbiq ediləcək

Dünya | 09:23 • 8 Oktyabr 2020
Tunisdə komendant saatı tətbiq ediləcək

Tunisin paytaxtı Tunisdə koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə komendant saatı tətbiq ediləcək.


Bu barədə Tunis Mərkəzi Televiziyası məlumat verib.


Qeyd olunub ki, komendant saatı iş günləri və həftə sonları fərqli saatlarda tətbiq ediləcək. Bu gündən vətəndaşlara qoyulan məhdudiyyətlər 15 gün ərzində qüvvədə olacaq.


Tunis Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində ölkədə koronavirus infeksiyasına 2 312 yeni yoluxma faktı qeydə alınıb, 43 pasiyent ölüb. Son bir həftə ərzində ölkədə infeksiyanın yayılma sürəti yüksəkdir./report


Xəbər lenti