Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğanoktyabrın 7-də Küveyt və Qətərə birgünlük səfərə gedəcək.
Məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Küveytin mərhum əmiriŞeyx Sabahdan sonra hakimiyyətə gələn əmirŞeyx Nəvvaf əl-Əhməd əl-Cabir əs-Sabahilə görüşəcək.
Türkiyə Prezidenti Küveyt səfərindən sonra Qətərə yoladüşəcək. O, Qətər əminiŞeyx Təmim bin Hamed əl-Saniilə görüş keçirəcək.
Hər iki görüşdə Türkiyə ilə əlaqələr, əməkdaşlığın inkişafı, regional problemlərə dair məsələlər müzakirə olunacaq./report